Qənirə Paşayeva məmurları tənqid edib

“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır”.

Leqal.info-nun xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, burada bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır:

“Çünki bəzi məsələləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, siz bunu 3 dəfə qaldırıbsınız, daha bunu qaldırmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələmi qaldıracağımı hansısa məmur müəyyən etmir. Mənim qaldrıdığım məsələləri seçiciləim müəyyən edir. Seçicim gəlir mənə müraciət edir ki, I Qarabağ müahribəsi qazisidir, əlində məhkəmə kağızı var. Amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm deyir baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın. Hələ bir sayırlar da, neçə dəfə çıxış edilib. Bu sözlərin müəllifləri kim olduqlarını anladı”.

Komitə sədri həmçinin bəzi məmurlara deputatlarla danışığına fikir vermələrini bildirib:

“Dövlət məmuru ilk öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslublarına diqqət etsinlər. Əgər onlar buna əməl etməsələr bundan sonra mən onların adlarını da çəkəcəyəm”.

Deputat onu da qeyd edib ki, Göytəpə arxeoloji parkı qurulmur:

“Bununla bağlı Prezidentin sərəncamı var. Niyə həmin sərəncam yerinə yetirilmir? Buna cavab verin!”скачать dle 10.6фильмы бесплатно
8-06-2021, 13:51
Baxıs: 20 349
Reyting: