Kəmələddin Heydərovun bacanağı yeni şirkət qurdu

Azərbaycanın bank-sığorta maqnatı daha bir şirkət yaratdı.


Leqal.info xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Food and Snack Group” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 34, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Hikmət Abuzər oğlu İsmayılovdur.

Söhbət “AFB Bank” ASC-nin 99,64%-lik, “Azsığorta” ASC-nin isə 100%-lik, eləcə də “Bank of Baku” ASC-nin 31,11% -lik səhmdarından gedir.

“”Food and Snack Group” son 2 il ərzində H.İsmayılovun iştirakı ilə yaradılan 3-cü şirkətdir. Bundan əvvəl bank-sığorta maqnatının iştirakı ilə “NH İnvestment” və “Professional Real Estate Services” MMC-lər yaradılıb(Report).

Valyuta.Az xəbər verir ki, Hikmət İsmayılov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir.

Hikmət İsmayılovun səhmlərinin 31 faizinə sahib olduğu “Bank of Baku”nun digər səhmdarı “Nab Holding”dir (35%).

Qeyd edək ki, “Nab Holding” iranlı iş adamının şirkətidir, şirkətin rəhbəri Bəhram Oromi ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunan iş adamı Rza Zərrabın bacısının əridir. “Nab Holding” həm də “Baku Electronics” və “Auto Azerbaijan” şirkətlərinin də sahibidir.скачать dle 10.6фильмы бесплатно
5-03-2021, 21:00
Baxıs: 46 750
Reyting: