“Biz hər hansı bir çevrilişə qarşıyıq”

“Ermənistanda hökuməti ordu yox, xalq dəyişməlidir”.



Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistandakı daxili siyasi vəziyyəti şərh edərkən deyib.

“Biz hər hansı bir çevrilişə qarşıyıq. Ordunun siyasətə müdaxilə etməsi qəbuledilməzdir. Hökuməti dəyişdirmək lazımdırsa, bunu erməni xalqının sərəncamına vermək lazımdır. İnsanlar onsuz da Paşinyanı özləri devirmək iqtidarındadır, ancaq mövzu hərbi çevrilişdirsə, buna münasibətimiz fərqlidir”,- deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı 25 fevralda bir bəyanat yayımlayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb etmişdi. Bundan sonra isə Paşinyan Baş qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi ilə bağlı Prezident Armen Sarkisyana vəsatət göndərmişdi.

Prezident hələ ki, Baş nazirin təqdim etdiyi sənədi imzalamayıb.

Ermənistan müxalifəti isə öz növbəsində, parlament binası yaxınlığında çadırlar quraraq müddətsiz etiraz aksiyalarının başladığını elan edib.скачать dle 10.6фильмы бесплатно
26-02-2021, 18:00
Baxıs: 41 657
Reyting: