Ceyhun Əli açıqlama yaydı

Tanınmış jurnalist Ceyhun Əli Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən azad olunmasına münasibət bildirib.

Leqal.info xəbər verir ki, jurnalist öz istəyi ilə MM-dəki postundan ayrıldığını qeyd edib:

"Peşə xüsusiyyətimdən asılı olaraq fəaliyyətim hər zaman göz önündə olub. 17 illik Televiziya fəaliyyəti dövründə hər zaman tamaşaçı üçün çalışmışam və onun yanında olmaq istəmişəm. Bu gün də bunu istəyirəm. Milli Məclis rəhbərliyi ilə fəaliyyətimi parlamentlə əməkdaşlıq müstəvisinə keçirmək barədə razılığa gəldik. Milli Məclis sədri Sahibə xanım Qafarovaya qərarıma hörmətlə yanaşdığı üçün təşəkkürümü bildirirəm. Mən yaradıcı insanam və Milli Məclislə əməkdaşlığımız daha çox Televiziya və PR layihələrlə davam edəcək. Hazırkı fəaliyyətimi isə televiziyada davam etdirirəm. Bu müddət ərzində mənimlə çiyin-çiyinə çalışan Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına, xüsusilə də ömrünün 33 ilini bu işə sərf edən Mehman Qaibova, təşəkkürümü bildirirəm".скачать dle 10.6фильмы бесплатно
12-02-2021, 12:17
Baxıs: 41 200
Reyting: