Şoyqu sülhməramlıların fəaliyyətindən danışdı

“Rusiya sülhməramlıları Qarabağda bircə ciddi insidentin baş verməsinə icazə verməyiblər”.

Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlama verib.

“10 noyabrdan etibarən üçtərəfli razılaşmalara uyğun olaraq Rusiya hərbi kontingenti Dağlıq Qarabağ ərazisində əməliyyatları uğurla davam etdirir. Ən qısa müddətdə Rusiya qoşunlarının qruplaşması təyin olunmuş ərazilərə yerləşdirilib və 23 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməyə başlayıb. Bu günə qədər bir dənə də olsun ciddi hadisə baş verməyib”,- deyə Şoyqu qeyd edib.
скачать dle 10.6фильмы бесплатно
21-12-2020, 20:09
Baxıs: 23 245
Reyting: