Azərbaycanda ən çox maaş alan kimdir? - RƏSMİ ŞOK SİYAHI

Azərbaycanda ən çox maaş alan kimdir? - RƏSMİ ŞOK SİYAHI

2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14.2 faiz artaraq 827.1 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən Manset.az-a məlumat verilib.

Əməkhaqqı neft-qaz sektorunda 3535.3 manat, qeyri neft-qaz sektorunda 775.3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 774.9 manat, özəl müəssisələrdə isə 886.9 manat olub.

Mədənçıxarma sənayesində (3400.3 manat), maliyyə və sığorta fəaliyyəti (2167.1 manat), peşə, elmi və texniki fəaliyyət (1390.4 manat), eləcə də informasiya və rabitə sahələrində (1353.4 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.скачать dle 10.6фильмы бесплатно
19-08-2022, 09:53
Baxıs: 331
Reyting: