MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verib

VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.

Leqal.info-nun xəbərinə görə, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezidentin sərəncamı ilə Şahin Seyidzadə bu il martın 3-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib:

“Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir”.

Yuxarıda sadalananları nəzərə alaraq MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alıb.

Beləliklə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

16:02
MSK-nın bu gün keçirilən iclasında VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Leqal.info-nun xəbərinə görə, MSK üzvləri hazırda məsələni müzakirə edirlər.

16:00
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Leqal.info-nun xəbərinə görə, MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1.MSK-nın 3 sentyabr 2021-ci il tarixli iclas protokolunun təsdiq edilməsi;

2. VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi;

3. “Azərbaycan vətəndaşlarının qanunvercilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunda nəzərdə tutulan sənəd nümunəsinin təsdiq edilməsi;

4. MSK-nın normativ xarakterli aktına dair;

5. Bəzi DSK-ların tərkibində dəyişiklik edilməsi;

6. Cari məsələlər.скачать dle 10.6фильмы бесплатно
17-03-2022, 16:30
Baxıs: 38 122
Reyting: