Azərbaycan daha 11 erməni hərbçinin meyitini Ermənistana verib

Azərbaycan Qırmızı Bazar kəndində Rusiya sülhməramlı hərbçilərinin müşayiəti ilə Ermənistan tərəfə İkinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 11 hərbçinin meyitini verib.

Leqal.info xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, onların kimliyi Ermənistanda məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

Məlumata görə, 2020-ci il noyabrın 13-dən indiyədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1 697 erməninin meyiti tapılıb.скачать dle 10.6фильмы бесплатно
2-11-2021, 20:46
Baxıs: 25 992
Reyting: