Azərbaycanda 1196 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib. Aktiv xəstə sayı 9118 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046, bu günə qədər isə ümumilikdə 4 083 746 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
5-08-2021, 21:00
Baxıs: 32 637
Reyting: