Azərbaycanda daha 437 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318 502 nəfər müalicə olunaraq sağalıb, 4 828 nəfər vəfat edib. 8 147 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 569, bu günə qədər isə ümumilikdə 3 425 183 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
20-05-2021, 17:00
Baxıs: 40 605
Reyting: