Daha 5 erməni hərbçinin meyiti qarşı tərəfə verildi

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 5 erməni hərbçinin meyiti tapılıb və Ermənistana təhvil verilib.

Bu barədə Leqal.info “Sputnik Ermənistan”a istinadən xəbər verir. Meyitlər Hadrutda aparılan axtarışlar zamanı aşkarlanıb və Ağdərə istiqamətində qarşı tərəfə verilib. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizaları aparılacaq.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 551-ə çatıb.скачать dle 10.6фильмы бесплатно
23-04-2021, 21:11
Baxıs: 41 157
Reyting: