“Erkən seçkilər Ermənistanı böhrandan çıxarmayacaq”

Ermənistan Prezidenti Armen Sarkisyan erkən seçkilərin ölkəni siyasi, iqtisadi, sosial və ən əsası, mənəvi və psixoloji böhrandan çıxaracağına inanmır.

Leqal.info xəbər verir ki, o , bu barədə “Sputnik Ermənistan”a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu vəziyyətdə ilk olaraq sistemli islahatların həyata keçirilməsi daha məntiqlidir. Konstitusiya dəyişikliyi daxil olmaqla məhz bu islahatların nəticəsində seçkilərin keçirilməsi mənalı xarakter daşıyacaq.

“Əks təqdirdə, seçkilərin sadəcə seçki xatirinə keçirilməsinə şahid oluruq. Bunu ölkəni siyasi, iqtisadi, sosial və ən əsası, mənəvi və psixoloji böhrandan çıxarmaq üçün bir vasitə kimi görmürəm. Axı bizim vəzifəmiz məhz budur - dövləti və milləti yeniləmək. Və bütün hərəkətlərimiz, fikrimcə, bunun həllinə yönəldilməlidir”,- deyə Sarkisyan qeyd edib.скачать dle 10.6фильмы бесплатно
9-04-2021, 15:08
Baxıs: 35 890
Reyting: