“Ermənistan heç vaxt bu qədər ağır vəziyyətə düşməmişdi”

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası ilə bağlı bütün ermənilərin katolikosu II Qareginin mövqeyi dəyişməyib.

Leqal.info xəbər verir ki, II Qaregin bu barədə Yerablur panteonunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Daha əvvəl Paşinyanı istefaya çağıran katolikos jurnalistlərə açıqlamasında “Bu müqəddəs məkanda siyasi mövzularda danışmaq istəməzdim, amma sual verildiyi üçün mövqeyimdə heç bir dəyişiklik olmadığını bildirəcəm”,- deyə qeyd edib.

Qareginə görə, Ermənistan əvvəllər heç vaxt indiki qədər ağır vəziyyətə düşməyib: “Bu cür itkilərimiz yox idi, ölkə heç vaxt bu cür təhdidlərlə üzləşməmişdi, gələcəyə dair qeyri-müəyyənlik xalqımız üçün bu qədər də qorxulu dərəcədə deyildi”.

O qeyd edib ki, bu vəziyyətdə Erməni Apostol Kilsəsi vəzifəsinə sadiq qalmalı, ayıldıcı sözünü deməlidir.

Xatırladaq ki, II Qaregin ötən ilin dekabrında Ermənistanda davam edən etirazlar zamanı hökuməti xalqın tələblərini dinləməyə, yeni baş nazir seçməyə və milli razılıq hökuməti qurmağa çağırmışdı.скачать dle 10.6фильмы бесплатно
28-01-2021, 15:29
Baxıs: 47 588
Reyting: