Övladını məktəbə göndərməyənlər sənəd imzalamalıdır

“Hansısa valideyn övladının səhhətiylə bağlı təhlükə hiss edirsə, distant təhsili seçə bilər”.


Leqal.info xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Real İntervyu” verilişinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu məqsədlə valideyn iltizam sənədi imzalamalıdır: “Həmin valideyn övladının distant təhsilinə cavabdehdir. Övladı məktəbə gəlməsə də, qiymətləndirmədə iştirak etməlidir”.

"Şagird distant təhsildən kənardısa, qiymətləndirmədə necə iştirak edəcək?" sualına M.Vəliyeva belə cavab verib: "Bildirim ki, fevralın 1-dən sonra distant təhsil zamanı qiymətləndirmədə iştirak etməyənlər 1 ay ərzində qiymətləndirmədə iştirak edə biləcəklər".скачать dle 10.6фильмы бесплатно
26-01-2021, 14:25
Baxıs: 22 657
Reyting: