Bakıdan Naxçıvana aviareyslər bu səbəbdən təxirə salınıb

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Leqal.info-ya bildirilib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək.

“Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaq”, - deyə QSC-nin məlumatında bildirilir.

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.скачать dle 10.6фильмы бесплатно
4-01-2021, 22:13
Baxıs: 28 000
Reyting: