Kamil Zeynallı 30 sutka həbs edildi

Tanınmış fitness məşqçisi Kamil Zeynallı saxlanılıb.

Leqalinfo-nun verdiyi xəbərə görə, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb.

O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib. Hazırda barəsində məhkəmə qərarının çıxarılması gözlənilir.

Qeyd edək ki, Kamil Zeynallı ötən ilin mart ayında xırda xuliqanlığa görə, 2020-ci ilin may ayında karantin rejimini pozduğu üçün, oktyabr ayında isə Azərbaycan Ordusunun yerdəyişməsi zamanı hərbi texnikaları videoya çəkərək yaydığı üçün saxlanılıb və hər birində 10 sutka həbs edilib.

***

Məhkəmənin qərarı ilə Kamil Zeynallıya 30 sutka inzibati həbs verilib.скачать dle 10.6фильмы бесплатно
14-12-2020, 18:30
Baxıs: 20 524
Reyting: