allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Yeni doğulan körpələrin genetikası dəyişdirildi - Dünyanı çalxalayan ŞOK İDDİA » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Yeni doğulan körpələrin genetikası dəyişdirildi - Dünyanı çalxalayan ŞOK İDDİA

Yeni doğulan körpələrin genetikası dəyişdirildi - Dünyanı çalxalayan ŞOK İDDİA Alimlər bunu "dəlilik" kimi qiymətləndirilib.
Çin Elm və Texnologiya nazirinin müavini Şü Nanpinq çinli alim Hı Cienkui tərəfindən "körpələrin genlərinin dəyişdirildiyi" iddiasının "şok edici" olduğunu deyib.
Şü Nanpinq genetik modifikasiya edilmiş körpələr iddiasına dair təcili bir toplantı keçirib.
O, hazırda bu sahədəki konkret vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışdıqları söyləyib.
Nazir bildirib ki, vəziyyəti araşdırıb dəqiqləşdirdikdən sonra qanunlara uyğun şəkildə tədbirlər görüləcək.
Çin hökumətinin 2003-cü ildə hazırladığı nizamnamə insan rüşeymi üzərində yalnız tədqiqat məqsədilə təcrübəyə icazə verir, lakin embriyonun böyümə müddətinin 14 günü keçməməsi tələb olunur.
Qeyd edək ki, Çinin Quanqdonq əyalətinin Şıncın şəhərindəki Cənub Elm və Texnologiya Universitetinin alimi Hı dünən aşağı səviyyədə HiV infeksiyası daşıyan valideynlərdən alınan spermanın HİV ehtimalından təmizləndiyini və bu hüceyrələrin laboratoriya şəraitində yumurtayla bir araya gətirilərək rüşeym yaradıldığını iddia edib.
Embrionlarda QİÇS-ə yol açan HİV virusunun yoluxmasını əngəlləmək üçün genetik oynama etdiklərini deyən alim rüşeymlərdən ilk əkiz uşağın bu ay dünyaya gəldiyini bildirib.
Hadisədən sonra Çin Milli Səhiyyə Komissiyası Quanqdonq Əyalət Səhiyyə Komissiyasına sözügedən iddialara qarşı cinayət işi başlanması və nəticələrin gecikmədən ictimaiyyətə çatdırılmasını tələb edib.
Hının bu iddialarını 122 çinli alim birgə bəyanatla "dəlilik" kimi qiymətləndirilib. Universitetdən edilən açıqlamada da sözügedən iş "şok edici" adlandırılaraq akademik etika və normaların ciddi şəkildə pozulduğu vurğulanıb.
İddiaların mərkəzindəki Lulu və Nana adları verilən genetik modifikasiya olunmuş uşaqların ailələrinin kim olduğu və harada olduqları bilinmir.
10:27
Baxıs: 5520
Reyting: