Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb


Tarix: 4-03-2022, 18:30. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 1 185 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 788 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 772 715 nəfər müalicə olunaraq sağalıb, 9 488 nəfər vəfat edib. 6 322 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 829, bu günə qədər isə ümumilikdə 6 585 992 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt