Seninem.Az > Siyasət / Manşet Yuxarı > ATƏT sədri Azərbaycan-Ermənistan sərhədindəki son insidentlərlə bağlı bəyanat yayıb

ATƏT sədri Azərbaycan-Ermənistan sərhədindəki son insidentlərlə bağlı bəyanat yayıb


Tarix: 12-01-2022, 19:38. Müəllif: admin
Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son insidentlərlə bağlı bəyanat yayıb.

Leqal.info-nun xəbərinə görə, o, sərhəddə yenidən toqquşmaların qeydə alınmasından və bunun insan tələfatı ilə nəticələnməsindən dərin narahatlığını bildirib.

“Biz tərəfləri güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlayan mənalı siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-in sədri kimi regionda davamlı sülhün bərqərar olmasına və davamlı inkişafın təşviqinə yönəlmiş səyləri gücləndirmək üçün tərəfdaşlarla işləməyə hazırdır. Biz bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik”, - bəyanatda vurğulanıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt