Seninem.Az > Aktual / Manşet Yuxarı > Amnistiya Aktının hazırlanmasının səbəbləri açıqlanıb

Amnistiya Aktının hazırlanmasının səbəbləri açıqlanıb


Tarix: 2-11-2021, 16:30. Müəllif: admin
“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarı açıqlanıb.

Leqal.info-nun xəbərinə görə, qərar layihəsində deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi,

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq,

2020-ci il noyabrın 8-də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərinin qəhrəman Azərbaycan övladlarının hədsiz Vətən sevgisi və şücaəti sayəsində düşmən əsarətindən azad edilməsinin müharibənin gedişində həlledici rol oynadığını və Ermənistan Respublikasının təslim olması ilə nəticələndiyini vurğulayaraq,

8 noyabr tarixinin həmçinin uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsi üçün misilsiz səylər göstərmiş ümummilli lider Heydər Əliyevin vəsiyyətinin həyata keçirildiyi gün olduğunu məmnunluqla yada salaraq,

Vətən müharibəsi dövründə yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmək, bütün gücünü və imkanlarını səfərbər etmək əsgərinə, şəhid və qazilərinə sonsuz ehtiram kimi ali xüsusiyyətlərini nümayiş etdirmiş Azərbaycan xalqının özünəgüvən hissinin və qələbə ruhunun Zəfər Günü ilə daha da yüksəldiyini xüsusi qeyd edərək,

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi ilə bərqərar olmuş ədalət və hüququn aliliyi ideallarının hər bir dövlət və cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq,

Humanizm ənənələrini davam etdirərək, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək,

Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı, Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsilə bağlı qərar qəbul edəcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt