Seninem.Az > Gündəm / Manşet Yuxarı > Vətən müharibəsi iştirakçısı intihar etdi

Vətən müharibəsi iştirakçısı intihar etdi


Tarix: 28-06-2021, 14:27. Müəllif: admin
Şirvanda 33 yaşlı kişi intihar edib.


Leqal.info-nun məlumatına görə, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt