İnfeksionist: "Bir ay ərzində Azərbaycanda yoluxma sayı pik həddə çatacaq, sonra kəskin düşəcək"

"İnsanlarda müəyyən qədər arxayınlıq yaranıb. Bu səbəbdən buster doza ilə peyvəndlənənlərin sayında azalma müşahidə edilir".

Bunu Leqal.info-ya açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

O vurğulayıb ki, son günlər yoluxma sayının kəskin artması buster doza vurdurmağın vacibliyinə diqqət çəkir:

"Bunun üçün də maarifləndirmə işləri aparılmalıdır. Omikrona yoluxma sayında da getdikcə artım çoxalır. İndi hamı xəstədir. Ölkəmizdə olan peyvəndərin hamısı koronavirusun bütün ştamlarına qarşı effektivdir".

Mərdan Əliyev qeyd edib ki, xüsusilə risk qrupuna daxil onların buster doza ilə peyvəndlənməsi olduqca vacibdir:
"Çünki onlar virusa yoluxsa, xəstəliyi ağır keçirə bilərlər. Həmçinin evdə yaşlı, xroniki xəstə, azyaşlılar olan şəxslər də xüsusilə diqqətli olmalıdır. Ailə üzvlərinin yoluxmasını istəmirlərsə, peyvəndlənməlidirlər. Bilirik ki, vaksin vurdurandan sonra təxminən bir ay ərzində effektivliyini göstərməyə başlayır. Hadisələrin gedişatı göstərir ki, bir ay ərzində Azərbaycanda yoluxma sayı pik həddə çatacaq, sonra da kəskin düşəcək".

"Buster doza vurulmayanda daha əvvəl vurulan iki dozanın effekti azalır. Amma buster doza adından da göründüyü ki, gücləndirici effekt verir. Yəni effektivlik 10 dəfəyə qədər artır və virusa qarşı antitellərdə kəskin artım olur", - həkim deyib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini ötüb. 26 nəfər isə vəfat edib.скачать dle 10.6фильмы бесплатно
4-02-2022, 17:30
Baxıs: 33 104
Reyting: