Deputat: "Baş verən hadisələr Qazaxıstanın daxili məsələsidir"

"Baş verən hadisələr Qazaxıstanın daxili məsələsidir. Biz bu ölkədə yaranmış gərginliyin tezliklə dialoq yolu ilə həll edilməsini arzu edirik".

Bu fikirləri Leqal.info-ya Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, sabitlik olmayan ölkədə inkişafdan söhbət gedə bilməz:

"Bir sıra ölkələrin təcrübəsində biz bunu görmüşük. 1990-cı illərin əvvəlində Azərbaycanda da qeyri-sabitliyin hökm sürməsi torpaqlarımızın işğalına, sosial-iqtisadi və siyasi böhranın dərinləşməsinə səbəb olmuşdu. Lakin 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq qısa müddətdə ölkəmizi təhlükələrdən xilas etdi, ictimai-siyasi sabitlik bərpa olundu. Bundan sonra Azərbaycan inkişaf və tərəqqi yoluna çıxdı. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə sabitlik daha da möhkəmləndirildi, inkişaf daha dinamik xarakter aldı. Bu düzgün, məqsədyönlü siyasət isə tarixi Zəfərimizlə nəticələndi".

Millət vəkilinin sözlərinə görə, hər bir cəmiyyətdə, dövlətdə sabitliyin qorunmasında lider faktoru da böyük önəm kəsb edir: “"Hər bir dövlətin, cəmiyyətin inkişafında sabitlik önəmli faktordur. Bu reallığı Azərbaycanın nümunəsində aydın şəkildə görmək mümkündür. Bütün dünyada Azərbaycan sabitlik adası kimi tanınır. Düşünürəm ki, Azərbaycanın bu nümunəsindən digər ölkələr də yararlana bilər. Azərbaycanda Prezident İlham Əliyev kimi güclü lider və xalq-Prezident birliyi var. Prezident İlham Əliyev bütün siyasi proseslərdə uzaqgörənlik, siyasi iradə və qətiyyət nümayiş etdirir. Məhz müəyyənləşdirilmiş düzgün yol, siyasət bizə tarixi Zəfər qazandırdı. Eyni zamanda, mükəmməl dövlət idarəçiliyi və dövlət qurumlarının, məmurların öz vəzifələrini lazımi səviyyədə yetirmələri də burada vacib şərtlərdən biridir. Cənab Prezident dəfələrlə öz vəzifəsinin öhdəsindən gəlməyən məmurlara qarşı ən ciddi mübarizə üsulları həyata keçirib. Yəni, Prezident İlham Əliyevin siyasi iradəsi göz qabağındadır və dövlət başçımızın fəaliyyətində xalqın mənafeyi, maraqları öndədir”.скачать dle 10.6фильмы бесплатно
7-01-2022, 22:17
Baxıs: 36 811
Reyting: