Türkiyənin yerli vaksini olan TURKOVAC-ın tətbiqinə icazə verilib

Türkiyənin yerli vaksini olan TURKOVAC-ın kütləvi tətbiqi ilə bağlı lisenziya təsdiqlənib.

Leqal.info “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Vaksinin ölkəmizdə istehsal olunması çox əhəmiyyətli hadisədir. Bunun öz alimlərimiz və araşdırmaçılarımız tərəfindən inkişaf etdirilməsi daha böyük əhəmiyyət kəsb edir. Yerli peyvəndin istehsalına başlamağımızın sevincini yaşayırıq.

Beləliklə, vətəndaşlarımıza Sinovac və Biontech aşılarından sonra TURKOVAC-ı da təqdim edə biləcəyik. TURKOVAC-ın istehsalı ilə birlikdə onu bütün dünya ilə paylaşmaqdan məmnunluq duyacağıq. TURKOVAC peyvəndimizin ölkəmizə, millətimizə və bütün dünyaya xeyirli olmasını arzulayıram”,- R.T.Ərdoğan Şanlurfada vaksinin tətbiqinə dair icazə ilə bağlı videokonfrans formatında keçirilən tədbirdə bildirib.скачать dle 10.6фильмы бесплатно
22-12-2021, 20:06
Baxıs: 40 665
Reyting: