Putin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışıb

“Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb”.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.

“Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”, - V.Putin əlavə edib.

Rusiya prezidenti üçtərəfli komissiyanın fəaliyyətinə də toxunub. Onun fikrincə, Baş nazirin müavinlərinin qatıldığı komissiyanın fəaliyyəti böyük perspektiv vəd edir: “Üçtərəfli komissiyanın gördüyü işin perspektivləri pis deyil. Doğurdan da, Rusiya da daxil olmaqla, region ölkələri problemlərin uzunmüddətli həllində maraqlıdır”.скачать dle 10.6фильмы бесплатно
18-11-2021, 21:38
Baxıs: 47 155
Reyting: