allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycan nefti bahalaşır » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 4-də 24,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 22,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 22,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 19,32 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır./trend
11:50
Baxıs: 2800
Reyting: