Səfir: "Qarabağ qələbəsi Naxçıvanın strateji əhəmiyyətini daha da ön plana çıxarıb"

"İkinci Qarabağ müharibəsindəki tarixi qələbə "Türk qapısı" adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxarıb".

Leqal.info-nun xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli qoyulmuş əlaqələrin davamıdır.скачать dle 10.6фильмы бесплатно
7-07-2021, 18:53
Baxıs: 34 669
Reyting: