“Volt Azərbaycan” cərimələndi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çatdırılma xidmətləri bazarında rəqiblərin üzərində əsassız üstünlük qazanmaq məqsədilə haqsız rəqabətə və antiinhisar qanunvericiliyinin pozulmasına yol verdiyi üçün “Volt Azərbaycan” MMC barədə tədbir görüb.

Leqal.info bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, araşdırma zamanı məlum olub ki, "Volt Azərbaycan" iaşə müəssisələri ilə bağladığı müqavilələrdə əsas tələb kimi yalnız özünün müstəsna kuryer (çatdırılma) xidməti göstərən şirkət olması şərtini qoyub. Bununla əlaqədar kommersiya qurumu “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozub.

Qanun pozuntusu hallarının aradan qaldırılması barədə “Volt Azərbaycan”ın qarşısına tələb qoyulub və haqsız rəqabətə yol verdiyi üçün müəssisəyə maliyyə sanksiyası tətbiq edilib.

Şirkətə qarşı iş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı qaldırılıb. Haqsız rəqabət halları ilə rastlaşan sahibkarlar yazılı şəkildə və yaxud 498-15-01, 498-15-04 nömrəli telefonlar vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.скачать dle 10.6фильмы бесплатно
30-06-2021, 10:00
Baxıs: 38 233
Reyting: