allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Minimum əmək haqqı artırılacaq, ictimai işlərin əhatəsi genişləndiriləcək » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Minimum əmək haqqı artırılacaq, ictimai işlərin əhatəsi genişləndiriləcək

Minimum əmək haqqı artırılacaq, ictimai işlərin əhatəsi genişləndiriləcək Bu il 5 min nəfər özünüməşğulluq proqramına cəlb olunacaq.
Xezerxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva deyib ki, plana əsasən, bir sıra normativ hüquqi aktların təkmilləşdirilməsi, minimum əmək haqqının mərhələlərlə artırılması və qeyri-formal məşğulluqla mübarizə sahəsində ciddi tədbirlər görüləcək. Daha bir əsas istiqamət isə əmək bazarında keyfiyyətin artırılmasıdır. Aktiv əmək bazarı tədbirlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması da qarşıda duran hədəflərdəndir. Burada xüsusi diqqət əlillər və gənclər üçün layihələrin və aktiv tədbirlərin keçirilməsinə yönəldiləcək. Həmçinin Məşğulluq Alt Sisteminin tətbiqi də genişlənidiriləcək.
Bu planın əsas xüsusiyyətlərindən biri odur ki, hər bir tədbir üçün hədəflər müəyyən olunub.
Tədbilər Planına uyğun olaraq haqqı ödənilən ictimai işlərin də əhatə dairəsi genişləndiriləcək.
17:55
Baxıs: 1440
Reyting: