Arif Quliyev ECMO cihazına qoşulub
Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.
Leqal.info xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb. O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır. R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99%-nin zədələndiyini bildirirlər. Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. |
XƏBƏR LENTİ
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57