Paşinyan Qasparyanın müharibənin dayandırılması barədə açıqlamasını yalanladı

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlament iclasında Qarabağdakı müharibə ilə bağlı bir sıra detallara toxunub. Paşinyana görə, son vaxtlar bu mövzuda bir sıra fərziyyələr mövcuddur və suallara aydınlıq gətirilməlidir.

Leqal.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan hökumət başçısı, Onik Qasparyanın ötən ilin noyabrında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı açıqlamasına münasibət bildirib. Belə ki, Qasparyan açıqlamasında qeyd etmişdi ki, o, döyüş əməliyyatlarının 4-cü günündə Ermənistan rəhbərliyinə döyüşlərin dayandırılmalı olduğunu, əks təqdirdə resursların tükənəcəyini bildirib.

“Onik Qasparyanın bəyanatındakı bu məqamın reallıqla heç bir əlaqəsi olmadığını tam məsuliyyətlə bildirmək istəyirəm. Baş Qərargah rəisi belə bir şey deməyib, bu protokol da daxil olmaqla rəsmi olaraq qeyd olunub. Söhbət Təhlükəsizlik Şurasının iclasından gedir. Əksinə, Qasparyan ordunun qarşısına qoyulan vəzifələrini yerinə yetirdiyini və sona qədər yerinə yetirəcəyini bildirib”,- deyə Paşinyan qeyd edib.

Bundan əlavə N. Paşinyan bildirib ki, Qasparyanın sentyabrın 30-da belə bir şey deməsi mümkün deyildi. Belə ki, ondan bir ay əvvəl, 21 avqustda keçirilən Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi öz hesabatında, Qarabağ istiqamətində erməni tərəfinin mövcud qüvvələr və vasitələrlə düşmənin hücumunu dəf etməkdən əlavə ordu birləşmələrini də darmadağın edə biləcəyini bildirmişdi.скачать dle 10.6фильмы бесплатно
14-04-2021, 12:30
Baxıs: 36 750
Reyting: