Spiker hərbçilərin əmək haqlarından danışdı

Milli Məclisin sədri Sahibə Qafarova hərbi qulluqçuların vəzifə maaşının artırılması məsələsinə toxunub.



Leqal.info-nun məlumatına görə, spiker bu gün keçirilən plenar iclasda bildirib ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi hərbi texnikanın hesabına deyil, əsgər və zabitlərimizin mərdlik və şücaəti hesabına əldə edilib:

“Bu fikri Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb. Bu qələbəni qazanan əsgər və zabitlərimizdir. Hər kəs bunu bilməlidir. Hərbi qulluqçuların təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi hərbi siyasətin əsas istiqamətlərindən hesab olunur.
Bu günlərdə hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr təyin edilib. Hamımız yaxşı bilirik ki, bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul edilib. Bu, onu göstərir ki, hərbi qulluqçular daim dövlətin diqqətindədirlər”.скачать dle 10.6фильмы бесплатно
9-03-2021, 13:02
Baxıs: 23 551
Reyting: