İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.


Leqal.info xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

Hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Qeyd edək ki, Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində doqquz əsgər şəhid olub, dördü yaralanıb.скачать dle 10.6фильмы бесплатно
4-03-2021, 22:00
Baxıs: 47 237
Reyting: