Ceyhun Bayramov Vasil Bodnarla görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini Vasil Bodnarı qəbul edib.

XİN-dən Leqal.info-ya bildirilib ki, nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafına müsbət töhfə verdiyini bildirib və bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu ildə Azərbaycana səfərini xüsusilə qeyd edib.

Nazir, həmçinin, Ukrayna xarici işlər nazirinin müavininə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, bölgədə yaranmış yeni təhlükəsizlik vəziyyəti və əməkdaşlıq imkanları barədə məlumat verib.

Nazir müavini Vasil Bodnar xarici işlər naziri Dmitro Kulebanın salamlarını çatdırıb, həmçinin, Ceyhun Bayramovu Ukraynaya dəvət etdiyini bildirib.

İkitərəfli münasibətlərin inkişafı üçün böyük perspektivlərin olduğu vurğulanıb, bu xüsusda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacivliyi qeyd olunub.

Görüşdə tərəflər beynəlxalq təşkilatlar, o cümlədən, QDİƏT çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.скачать dle 10.6фильмы бесплатно
24-02-2021, 20:00
Baxıs: 37 111
Reyting: