Prezident işğaldan azad olunmuş ərazilərlə bağlı fərmana dəyişiklik etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanda dəyişiklik edib.

Leqal.info xəbər verir ki, fərmana əsasən, Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına aşağıdakı dəyişikliklər edilib:

“1. 6.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.5-1-ci yarımbənd əlavə edilsin:

“6.5-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müəyyən etdiyi giriş-çıxışın xüsusi rejiminin tətbiqinin təmin edilməsi.”.

2. Aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:

“12-1. Bu Fərmanın 4-cü, 5-ci, 7-ci və 8-ci hissələri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin təyin edildiyi ərazilərə şamil edilmir”.скачать dle 10.6фильмы бесплатно
4-02-2021, 21:27
Baxıs: 43 466
Reyting: