Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsait açıqlandı

Fevralın 1-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Leqal.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Ordusuna Yardım Fonduna cari il fevralın 1-dək 212.156.968,42 AZN, 11.176.390,65 ABŞ dolları, 183.484,92 avro, 593.924,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.скачать dle 10.6фильмы бесплатно
1-02-2021, 16:00
Baxıs: 29 792
Reyting: