“Qarabağla bağlı Rusiya Humanitar Yardım Mərkəzi öz işinə başlayır”

“İndi həm İrəvanın, həm də Bakının maraqlarını nəzərə alaraq Qarabağdakı vəziyyətin həlli üçün ilkin şərtlər yaradılır”.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin xarici səfirlərin etimadnamələrini təqdimetmə mərasimində bildirib.

“Təsirə məruz qalan ərazilərin sakinlərinə yardım göstərəcək, infrastrukturu bərpa edəcək, normal dinc həyat üçün şərait yaradacaq Rusiya Humanitar Yardım Mərkəzi də fəaliyyətinə başlayır. Bu prosesdə ixtisaslaşmış beynəlxalq təşkilatların əhəmiyyətli dərəcədə iştirakına ümid bəsləyirik və bütün bunların Azərbaycan və erməni xalqlarının mənafeləri nəzərə alınaraq uzun müddətdir davam edən münaqişənin ədalətli əsaslarla uzunmüddətli və geniş miqyaslı həlli üçün ilkin şərtlər yaratdığına əsaslanırıq”,- deyə Putin qeyd edib.скачать dle 10.6фильмы бесплатно
24-11-2020, 22:15
Baxıs: 20 237
Reyting: