Bərdədə həlak olanların sayı 4-ə çatdı

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur.

Leqal.info-nun məlumatına görə, düşmən Bərdə istiqamətinə 3 raket zərbəsi endirib.

Onlardan ikisi zərərsizləşdirilsə də, biri rayonun Qarayusifli kəndinə düşüb. Həlak olan və yaralılar var.

***

Prezidentin köməkçisi Hikmət Hacıyev hadisəylə bağlı tvit ataraq bildirib ki, erməni terroru nəticəsində həlak olanların sayı 3-ə çatıb, qadın və uşaqlar daxil olmaqla daha 10 nəfər yaralanıb.

***

Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olmuş,7 nəfər isə xəsarət alıb.скачать dle 10.6фильмы бесплатно
27-10-2020, 17:30
Baxıs: 19 335
Reyting: