allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Dayanacaqlarda böyük izdiham yarandı » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Dayanacaqlarda böyük izdiham yarandı

Dayanacaqlarda böyük izdiham yarandı Bu gün Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur.
Xüsusilə Bakı kəndlərindən paytaxta girişlərdə problem yaranıb. Hazırda "Koroğlu” və "Neftçilər" metrosunun yaxınlığındakı avtobus dayanacağında böyük izdiham yaranıb. Ərazidə qalan şəxslər bildirirlər ki, mövcud avtobuslar sərnişinləri daşımaq üçün yetərli deyil. Buna görə də onlar uzun müddət dayanacaqda gözləmək məcburiyyətində qalıblar.
***
Sərnişinlərin verdiyi məlumata görə, problem bütün metro stansiyalarda hökm sürür. Avtobusların azlığı sıxlığın daha da böyüməsinə səbəb olub.
***
Bakı Nəqliyyat Agentliyi də sıxlıqla bağlı məlumat yayıb. Bildirilir ki, günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir:
"Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir".
09:35
Baxıs: 7360
Reyting:
  
Şərh 1