Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 570 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Azərbaycanda daha 570 nəfər koronavirusa yoluxub, 19 nəfər ölübTarix: 3-03-2022, 19:00. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1 784 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 787 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 771 530 nəfər müalicə olunaraq sağalıb, 9 473 nəfər vəfat edib. 6 934 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 847, bu günə qədər isə ümumilikdə 6 579 163 test icra olunub. Geri Qayıt |