Seninem.Az > Dünya / Manşet Yuxarı > Serj Sarkisyanın Baden-Badenə səfərləri ilə bağlı cinayət işi açılıb
Serj Sarkisyanın Baden-Badenə səfərləri ilə bağlı cinayət işi açılıbTarix: 12-10-2021, 18:50. Müəllif: admin |
Ermənistan Xüsusi İstintaq Komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb. Bu barədə Leqal.info “Sputnik Armenia”ya istinadən xəbər verir. Bildirilib ki, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub. İş Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə açılıb. Xatırladaq ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan keçmiş prezident Serj Sarkisyanın Baden-Baden şəhərindəki qumarxanalarda 100 milyon dollar uduzduğunu bildirib. Geri Qayıt |