Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 2 254 nəfər COVID-19-a yoluxub, 35 nəfər ölüb

Azərbaycanda daha 2 254 nəfər COVID-19-a yoluxub, 35 nəfər ölüb


Tarix: 9-09-2021, 19:00. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49 318 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 753, bu günə qədər isə ümumilikdə 4 608 573 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt