Seninem.Az > Aktual / Manşet Yuxarı > MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"

MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"


Tarix: 4-08-2021, 16:00. Müəllif: admin
"Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır".

Bu barədə Leqal.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt