Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölən yoxdur

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölən yoxdur


Tarix: 17-06-2021, 19:06. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib. 1 189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, bu günə qədər isə ümumilikdə 3 653 074 test icra olunub.

скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt