Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda daha 75 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda daha 75 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib


Tarix: 10-06-2021, 17:39. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib. 2 134 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8618, bu günə qədər isə ümumilikdə 3 597 849 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt