Seninem.Az > Sosial / Manşet Yuxarı > Koronavirusa yoluxanların sayı azaldı
Koronavirusa yoluxanların sayı azaldıTarix: 3-05-2021, 20:53. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1 095 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. Ölkədə indiyədək ümumilikdə 321 798 nəfər koronavirusa yoluxub. Onlardan 294 784 nəfər müalicə olunaraq sağalıb, 4 580 nəfər vəfat edib, aktiv xəstə sayı 22 434 nəfərdir. Azərbaycanda son gün ərzində 5 180, hazırkı dövrədək isə 3 267 835 test aparılıb. Geri Qayıt |