Seninem.Az > Aktual / Manşet Yuxarı > Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı

Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı


Tarix: 27-04-2021, 12:00. Müəllif: admin
Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Leqal.info-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, aprelin 26-da hüquq-mühafizə orqanları tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin, o cümlədən A.Məmmədovun saxlanıldığı bildirilir.

A.Məmmədov 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəllər Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt