Sergey Şoyqu: "Rusiya məqsədinə çatanadək hərbi əməliyyatları davam etdirəcək"

“Rusiya ordusu Ukraynada qarşısına qoyulan məqsədə çatanadək xüsusi əməliyyatları davam etdirəcək”.

Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim əsas tapşırığımız Rusiyanı Qərbin hərbi təhlükəsindən qorumaqdır. Rusiya Silahlı Qüvvələrinin qruplaşmaları qarşıya qoyulan məqsədə çatanadək xüsusi hərbi əməliyyatları davam etdirəcək”, - deyə o vurğulayıb.

Sergey Şoyqu qeyd edib ki, bu əməliyyat Donbas əhalisinin qorunması, Ukraynanın demilitarizasiyası (silahsızlaşdırılma) və denasifikasiyalaşmasınadək (milliyyətsizləşmə) keçiriləcək: “Bizim əsas məqsədimiz Rusiyanı Qərb dövlətlərinin yaratdığı hərbi təhlükədən qorumaqdır. Rusiya ordusu Ukrayna ərazisini işğal etmir, dinc sakinlərin həyatını və təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri görür. Qeyd etmək istəyirəm ki, zərbələr yalnız hərbi obyektlərə və yüksək dəqiq silahlarla endirilir”.скачать dle 10.6фильмы бесплатно
1-03-2022, 14:00
Baxıs: 24 795
Reyting: