Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib

“Bu gün peyvəndləmə ilə əlaqədar ölkəmizdə gözəl işlər görülür və vaksinasiyanın nə qədər vacib olduğunu bilirik”.

Leqal.info xəbərinə görə, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, bu sahədə olan bir problemə də toxunub: “Təəssüflər olsun ki, tələbə hamilə qadınlardan COVID-19 pasportu və əks-göstəriş sertifikatı tələb olunur. Bununla əlaqədar bir ana tələbəlikdən könüllü şəkildə imtina edib. Bu vəziyyətdə biz hamilə qadınlardan, uşaq əmizdirən qadınlardan pasport tələb edə bilmərik. Universitetlər bunu anlayışla qarşılamalıdırlar, onlardan pasport tələb etməməlidirlər”.

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu çox vacib məsələdir: "Ümid edirəm ki, universitetlər də bu məsələni diqqətdə saxlayacaqlar".

Bizim Instagram səhifəmizə abunə olunскачать dle 10.6фильмы бесплатно
11-10-2021, 14:56
Baxıs: 23 099
Reyting: