Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək
Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək.
Bu barədə Leqal.info-ya parlamentdəki mənbə məlumat verib. Bildirilib ki, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Ancaq həmin gün iş günü olacaq. Qeyd edək ki, Azərbaycanda “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd ediləcək. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq. |
XƏBƏR LENTİ
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57